Библиотека knigago >> Любовные романы >> О любви >> Xoşbəxtliyin son həftəsi

Xaliq əmmədov - Xoşbəxtliyin son həftəsi

Xoşbəxtliyin son həftəsi
Книга - Xoşbəxtliyin son həftəsi.  Xaliq əmmədov  - прочитать полностью в библиотеке КнигаГо
Название:
Xoşbəxtliyin son həftəsi
Xaliq əmmədov

Жанр:

Современные любовные романы, О любви

Изадано в серии:

неизвестно

Издательство:

SelfPub

Год издания:

ISBN:

неизвестно

Отзывы:

Комментировать

Рейтинг:

Поделись книгой с друзьями!

Помощь сайту: донат на оплату сервера

Краткое содержание книги "Xoşbəxtliyin son həftəsi"

Həyatda öz yerlərini tutmuş, olduqca müstəqil həyat tərzi sürən iki fərqli insanın – 40-50 yaşlı qadın və kişinin aralarında qəfil baş qaldıran məhəbbət nə deməkdir? Hətta, cavanlığın həsəd apara biləcəyi saf, məkrdən, riyaziyyatdan uzaq Sevgi! Belə münasibətlərin təbiətini neyropsixoloji və ya davranış biologiyası baxımından izah etməyə çalışsaq da, bu əsərdə Hakimlik edən gözəl məhəbbət həm saflığı ilə, həm də, əlçatmazlığı ilə toxunulmaz olaraq öz yüksəkliyində qalacaqdır.


К этой книге применимы такие ключевые слова (теги) как: Самиздат,любовные испытания,отношение к жизни,время и судьбы,книги для души

Читаем онлайн "Xoşbəxtliyin son həftəsi". [Страница - 6]

qışqır, qoru bu sahəni: “Dost, yaxınlaşma bura! Burada iz var, iz var!” Əlinə də bir kərpic qırığı götür.

İş yerimdə yemək boşqabı enliyində ortası deşik ağır bir maqnit parçası vardı. Bir metrdə nə vardı – çəkirdi özünə tərəf. Onu götürüb gəldim.

Maqnitin kəndirindən tutub sürüklədim bu sahədə o baş-bu başa. Tez-tez qaldırıb təmizləyirdim qardan, zir-zibildən. Beş dəqiqə çəkmədi açar maqnitlə birgə qalxdı yuxarı.

– Sağ ol, əzizim! Qapını sındırmaqdan məni xilas etdin! Ehtiyat açarım var rəfiqəm gildə, onlar da bu saat yoxdurlar evdə. – dedi Roza.

Sonra pıçıltı ilə, “Bax, indi gedək evə. Hansı fonu istəsən, yaradaq! Mən canla-başla!” – dedi.

Axır ki, Roza elmi işi müdafiə edərək, fizika-riyaziyyat üzrə elmlər namizədi oldu. Arzusunun bir pilləsinə çatdı Roza. Sevindirici hal idi. Amma, bu sevindirici hadisənin digər tərəfi də var idi. Bu müdafiə məsələsi həm də o demək idi ki, Rozanın köçüb getmək vaxtı uzaqda deyil. Ona həmin institutda yer verəcəkdilər. Danışıq çoxdan olub. Buna görə də Roza öz yaşadığı mənzilini də iki ilə yaxın idi ki satmışdı. Pulunu alıb, göndərmişdi həmin şəhərdə tikilməkdə olan binaların birində yeni mənzil almaq üçün. Burada isə Rozaya məxsus mənzili satın alan onun iş yoldaşı olduğu üçün Rozaya gedənə qədər yaşamağa icazə vermişdi.

Rozayla keçən gözəl axşamlarımın, günlərimin sayı artdıqca mənim daxili dünyamın, psixoloji vəziyyətimin dəyişdiyini hiss edirdim. İş yoldaşlarım, tanış-bilişlər də son vaxtlar ünvanıma tez-tez “göz dəyməsin, sən elə, hey dəyişirsən!” – deyirdilər. Əvvəllər həmişə fikirli göründüyüm üçün belə sözləri bircə dəfə də eşitmək nəsib olmamışdı. İndi, yəqin, əhvalımın kök olmağı, deyib-gülməyimin çoxalmağı diqqətləri cəlb edirdi. Rozaya bu haqqda zarafatla dedim.

– Onda, variyant kimi deyim: çalış, məni saxla yanında, qoyma gedim buradan! – Gülə-gülə cavab verdi.

Əlbətdə, zarafat da olsa, gözəl təklif idi. Amma, tanışlığımızın birinci günündən Rozanın dilindən düşməyən planlarını, istəklərini yaxşı bilirdim. Olduqca kədərli bir səslə:

– Nə müddətdir, mənzilini də satmısan, kirayə qalırsan. Bu bir, ikincisi, sənin gündə

səsləndirdiyin arzuları hansı həvəslə dilə gətirdiyini bildiyim üçün səni burada qalmağa sövq etmək çətindir mənə! Yox, Roza! – dedim nədənsə. Hansı güclə dedim bu sözləri, Rozanın məndən ayrılıb uzaqlaşmasını? Hərənin bir cür olur axmaqlığı…

– Sağ ol, əzizim! Çətin olacaq sənsiz. Bəlkə də, qayıdıb arxaya, sənin yanına qaçdım! – sözünə ara verərək, gülümsədi. Sıxıldı sinəmə.

– Doğrusu, mən ağlıma gətirmirəm ki, sənin buradan getməyinlə hər şey bitəcək, tükənəcək. Nə olsa da, biz görüşəcəyik! – dedim.

–Belə də olacaq, əzizim! Mənim heç bir şübhəm yoxdur. Axı, tam ayrılığa biz dözə bilmərik və yol vermərik! Nə dərəcədə biri-birimizə bağlılığımızı çox gözəl bilirəm. İki yaşlı və müstəqil həyat tərzi olan insanın aralarında yarada biləcəyi ən gözəl, ən şirin hisslərin, məhəbbətin biz ikimizin aramızda olduğunu gizlətmək mümkünmüdür? İndi, sənin hərəkətin səni mənim üçün daha da qiymətli edir. Axı, başqası olsaydı, məni yüz dillə çalışıb saxlardı yanında.

– Mənim əziz Rozam, bilirsən ki, ürəyimdə, beynimin içində həkk olunubsan. Bilirəm, sonralar nələr düşünəcəm özüm barədə. Amma, sənin arzuların mənim üçün müqəddəsdir, hörmətə layiqdir. Tutaq ki, hansısa arqumentlər tapıldı, səni yolundan eylədim, axı, bir il keçəcək, iki il keçəcək, nə düşünəcəksən mənim barəmdə? Peşimançılıq hissi düşəcək qəlbinə. Mən sənə nələri verə bilərəm burada qalsan? Hətta, hər qadının ön arzusu olan ailə qurmağı belə, mən təklif edə bilmərəm sənə.

– Ailə qurmaq barədə, biz səninlə məsələmizi çoxdan həll etmişik. Mənə ərə getmək lazım olsaydı, indi yüz hoqqadan çıxardım, çalışardım səni yola gətirim. Bax, sualıma cavab ver. Mənim xoşbəxt yaşamağım, sevinməyim kimlərə lazımdır? Üç nəfərə! Birincisi mənim özümə, ikincisi oğluma, üçüncüsü, sənə! Vəssalam! Bu üçlükdən mən öz xoşbəxtliyimlə, bu günkü günümə razıyam, mən xoşbəxtəm! Oğlumu götürək, əgər ondan sual etsək, o deyəcək: “Əziz anam, əgər sən özünü xoşbəxt sayırsansa, mən şadam!” Sonra götürək sənin fikrini. Mənə elə gəlir ki, mənim belə halda “mən xoşbəxtəm!” deməyim ilk növbədə, səni qane etməlidir. Çünki, bu xoşbəxtliyi ikimiz birlikdə qazanmışıq. Kənarların ünvanıma nəsə deyəcəkləri məni narahat etmir. Mən səninlə xoşbəxtəm, bu isə, ən başlıca məsələdir. Bununla yanaşı, biz real baxmalıyıq həyata: mən bilirəm ki, getməliyəm. Və bilirəm: biz görüşəcəyik! İmkan düşəcək, mən gələcəyəm. Sənin də mənim yanıma gəlməyin mümkün olacaq.

Sadə arqumentlərlə gözəl danışmağı bilirdi Roza.

Xoşum gəlməyən, daha doğrusu, az qala mənə “od vuran” bəzi ədəbiyyat qəhrəmanları var ki, heç vaxt onlara oxşamaq istəməzdim. Birisi Qonçarovun “Oblomov” romanında əsil məhəbbəti qiymətləndirə bilməyən, “suya axıdan” Oblomov olub. İkincisi isə, elə həmin yolu təkrar edən Rudin (“Rudin” romanı, İ. Turgenev) olub. Hər ikisi özlərini əsassız filosof sayağı apararaq, saf sevgini, gözəlliyi, dəlicənə sevməyi bacaran qadın ürəyini dəyərincə anlaya bilməyiblər. Bunları düşünüb, “oblomov”çuluq etdiyimdən utandım. “Bəlkə, dilə tutum, heç yerə getməsin?”-düşündüm. İnanırdım ki, yola gətirə bilərəm. Məni nə qədər sevdiyini bilirdim. Bax, elə, ona görə də onun arzularına qəsd etmək istəmirdim. “Qal!” desəydim özümün öz gözümdə, eləcə də əvvəlki sözlərimin qiyməti nə olardı? Bir də, inanırdım ki, bu gediş son deyil.

Roza yenə danışdı:

– Hər gün sənlə görüş vaxtımızı gözləyirdim… Necə də şirin idi gözləmək! Gəncliyimdəki kimi. Gözüm yollarda, ürəyimdə həyacan qarışıq sevinc! Məgər, bu deyilmi xoşbəxtlik? Bu sevincin, fərəhin gücü qarşısında mən günü-gündən gəncləşirdim, bəlkə də uşaqlaşırdım. Gözləyirdim ki, sən təəcüblə mənə: “sən necə də gənc imişsən, Roza!”– deyəcəkdin, – Roza gülərək sözünü qurtardı.

– Sənin od yağdıran, səmaya oxşayan göy gözlərini, günü-gündən çazibə gücünü çoxaldan al yanaqlarını, ballaşan dodaqlarını öpdükcə, od püskürən qaynar vulkanı xatırladan gözəl bədənini hiss etdikcə mən özüm cavanlaşmışam. Mənim bioloji təqvimim öz xronologiyasını gəncliyə istiqamətləndirmişdi. Günü-gündən çicək açan Rozam, səninlə yanaşı təqvim çoxdan öz əhəmiyyətini itirib mənim üçün.

7–ci hissə

Son həftəmiz ağır keçdi desəm, yumşaq alınar. Mənəvi yük, “axı, biz ayrılırıq” fikri tam almışdı bizi əlinə. Demək olar ki, vaxtımızın hər sutkaya 5-6 saatını çıxmaqla, bir yerdə olduq. Sanki gələcəyin, bizi gözləyən ayrılığın əvəzini bəri başdan çıxmaq istəyirdik.

“Xoşbəxtliyimizin son həftəsi!” – adlandırdı Roza son həftəmizi. Tam razı idim bu ifadəylə.

Axır, bu son həftə də sona çatdı.

Budur, hava limanındayıq. Gah ayrılığı reallaşdıran, gah da insanları --">

Оставить комментарий:


Ваш e-mail является приватным и не будет опубликован в комментарии.